Erməni ordusunda şok qalmaqal: “Müharibə zamanı generallar bunkerdə gizlənib”

13-07-2021, 16:56           
Erməni  ordusunda şok qalmaqal:
Ermənistanın müharibədə biabırçı şəkildə məğlub olmuş hakimiyyəti sinif dərəcələri, rütbələr, medallar paylayır. Kimin və nə üçün mükafatlandırıldığı izah edilmir. Məsələn, müharibənin ən qızğın anında müəmmalı şəraitdə vəzifəsindən azad edilmiş Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Argişti Kyaramyanın iyulun 6-da “Cəsarət” medalını nə üçün aldığını yalnız təxmin etmək olar.

Argişti Kyaramyanın vəzifədən azad edilməsi ilə bağlı müxtəlif versiyalar səslənir ki, bunlardan biri də xəyanət versiyasıdır.

“Hraparak” nəşri yazır ki, Kyaramyanın Şuşanın işğaldan azad edilməsi məsələsində hansı rola malik olduğu naməlum olaraq qaldı.

“Məlumdur ki, o, əməliyyatların qızğın anında Şuşaya çatıb, mobil telefonu ilə hansısa məlumatları ötürüb, daha sonra oradan uzaqlaşıb.

Kyaramyana medal verməsəydilər, həbs etsəydilər, daha az suallar yaranardı. Bu, anlaşılan olardı, çünki yüngül pozuntulara görə MTX direktorunu vəzifədən azad etmirlər, ciddi pozuntu isə dövlət təhlükəsizliyi sahəsində lazımi şəkildə cəzalandırılmalıdır. Üstəlik də hansısa əsaslandırma olmadan yüksək dərəcəli rəsmi işindən azad edilə, aylar sonra isə yenə naməlum xidmətlər qarşısında mükafatlandırıla bilməz.

Belə bir təəssürat var ki, Paşinyan pis işləmək, müharibə cinayətkarlarını aşkara çıxarmamaq, parlaq məğlubiyyət təşkil etmək, bəlkə də seçkiqabağı mərhələdə hansısa naməlum xidmət üçün insanları təşviq edir. Təşviq edənlərdən biri də Müdafiə Nazirliyinin hərbi polis rəisi, polkovnik Aşot Zakaryandır. O, Andranik Köçəryanın yaxın dostudur və bu yaxınlarda ona general rütbəsi verilib.

Bu, müharibə əməliyyatları zamanı cinayətkar davranış nümayiş etdirmiş zabitlər, komandirlər ilə bağlı böyük bir missiyası olan şəxsiyyətdir. Döyüş mövqelərini tərk etmiş zabitlər, yanlış, faciəvi nəticələrə, hərbi qulluqçuların ölümünə səbəb olan əmrlər verənlər haqqında çoxlu sayda sübutlarımız var. Ermənistan ordusunun bütün əmlakı Azərbaycana keçib və hərbi polis tərəfindən heç bir xain zabit aşkara çıxarılmayıb. Aşot Zakaryan öz müavini Aram Bağdasaryanın adı ilə bağlı skandalı belə şərh etməyib.

Məlum olduğu kimi, Zakaryanın müavini hələ müharibə başlamazdan əvvəl Qarabağda donuzçuluqla məşğul olmuş şəxsdir. Teleqram kanalarının məlumatına görə, müharibə günlərində isə donuzlara hərbi polis avtomobilləri ilə qida çatdırıblar. Bu barədə mətbuatda çoxlu sayda nəşrlər oldu və bunlar elə də təkzib edilmədi.

Hərbi polis rəisi və onun müavini Aram Bağdasaryan müharibə günlərində öz imkanlarından istifadə etmək, məsələn, qaçqınları Ermənistana və ya təhlükəsiz yelərə köçürmək əvəzinə, öz donuz fermanalarını xilas etmək məqsədilə dövlət maşınları, daha doğrusu, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin maşınları ilə donuzlar üçün qida aparıblar.

General rütbələri həm daha pis, həm də daha yaxşı prinsiplə verilir. Biz hələ yanvar ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryan general rütbəsi alanda bundan əmin olduq. Bu, o generaldır ki, Üçmüədzinin “N” saylı kimya hərbi hissəsinin hərbi qulluqçularının yaxınları aylar ərzində davamlı olaraq onu cinayət təqibinə məruz qoymağı tələb edirdilər. Hərbi qulluqçuları Zəngilan istiqamətində aparmışdılar, bundan sonra onların yaxınları onlar haqqında hər hansı məlumat almayıblar.

Onlar bildirirdilər ki, oğulları Andranik Makaryanın səhlənkarlığı nəticəsində ölüblər və ya itkin düşüblər. Onların sübutları var idi və bunları istintaq orqanlarına təqdim etmişdilər.

Yeri gəlmişkən, Makaryan Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın və digər generalların Nikol Paşinyanın istefasına dair bəyanatını imzalamamış dörd hərbçidən biridir. Valideynlərin tələbi ilə İstintaq Komitəsi cinayət işi açdı, lakin işin gedişatı ilə bağlı hər hansı məlumat bəlli deyil. Sadəcə qeyd olunub ki, bu, 44 günlük İkinci Qarabağ müharibəsinə aiddir və Andranik Makaryanı təqsirkar şəxs kimi cəlb etmək haqqında qərar qəbul edilib. Ən maraqlısı isə müharibə zamanı generallar bunkerdə gizlənib”, – deyə nəşr qeyd edib.ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru