Bayden Şimal Axını-2-yə qarşı sanksiyalardan qaçır - KİV

28-11-2021, 12:41           
Bayden Şimal Axını-2-yə qarşı sanksiyalardan qaçır - KİV
ABŞ Prezidenti Co Bayden administrasiyası Şimal Axını-2-yə qarşı Konqresin yeni sanksiya təkliflərinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bu barədə “Hill” qəzeti yazıb.

“Bu, Bayden üçün çətin andır, çünki prezident Almaniyanın iqtisadi maraqları ilə bağlı ehtiyatlı olmaq istəyir, lakin Moskvanın Ukraynaya qarşı getdikcə artan döyüşkən mövqeyinin təzyiqi altındadır”, - qəzet bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Şimal Axını-2 və kəmərinin sınaqdan keçirilməsi və sertifikatlaşdırılması ilə məşğul olan şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan düzəlişin qəbulunu əngəlləməyə çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.