Sülhməramlılar Qarabağda nə qədər qalacaq? – Səfirdən mühüm açıqlama

13-12-2021, 17:28           
Sülhməramlılar Qarabağda nə qədər qalacaq? – Səfirdən mühüm açıqlama
“Rusiya sülhməramlılarının Qarabağda olması bu regionda insanların təhlükəsizlik hissi ilə yaşamasına mühüm töhfədir”.

Teref.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.

Səfirin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin rolunu və əhəmiyyəti misilsizdir.

“Konkret razılaşmalar və sülhməramlı kontingentimizin konkret fəaliyyəti var. O, insanların bu bölgədə təhlükəsizlik hissi və gələcəyə baxışı ilə yaşamasını təmin etmək üçün mühüm töhfə verir. Bu, həqiqətən də belə çətin vəziyyətdə sülhün və pozitivliyin ciddi və mühüm amilidir”, – diplomat bildirib.

Tərəflərin gələcək addımları və sülhməramlıların Qarabağda qeyri-müəyyən müddətə qalması ehtimalından danışan diplomat deyib:

“Bunu həyat göstərəcək”.

Xatırladaq ki, tərəflərin əvvəlcədən razılığı ilə Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağ ərazisinə yerləşdirilib.

Yenisabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru