Qarabağ erməniləri öz qadınlarının əxlaqsızlığa meylini belə gizlədir - “bizi sülhməramlılar zorlayıb”...
14-12-2021, 10:30

Qasım Hacıyev: “Erməni qızlar könüllü olaraq rus əsgərləri ilə yaxınlıq edirlər”
“Erməni qızları pula görə öz bədənini ruslara satır”. Bunu erməni mediasına açıqlamasında Xankəndidəki Ana və Uşaq Mərkəzinin ginekoloqu Manuş Sarkisyan deyib.
Erməni həkimin sözlərinə görə, sadalanan problemlə əlaqədar tək 2021-ci ildə bu Mərkəzə 344 qadın müraciət edib. M.Sarkisyan qeyd edib ki, müraciət edənlərin çoxunun yaşı azdır: “Onlar fahişəliklə məşğul olan qadınlar deyil. Müraciət edənlərin əksəriyyəti 17-24 yaşlı qızlardır. Onlar çətin həyat şəraitindən, maddi imkansızlıqdan rus hərbçiləri ilə münasibətdə olurlar. Bu dəhşətli mənzərədir. Mənə müraciət edən 344 qız sülhməramlılar tərəfindən zorlanıb. Real rəqəmlərsə dəfələrlə çoxdur. Bu təkcə mənə olunan müraciətlərin sayıdır”.
Ümumilikdə, Xankəndidəki erməni qadınların sülhməramlılarla əxlaqsız münasibətlər qurmaları ilə bağlı məlumatlar yeni deyil. Rusiya sülhməramlıları ora yerləşəndən sonra bu kimi məlumatlar yayılmağa başladı. Ancaq M.Sarkisyanın açıqlamasından belə məlum olur ki, bunun miqyası daha böyükdür. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, Qarabağ erməniləri öz qadınlarının əxlaqsızlığa meylli olmasını gizlətməkdən ötrü güya onların rus sülhməramlıları tərəfindən zorlandığını iddia edirlər.
O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra erməni qadınlar...”
Məsələyə münasibət bildirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, o sayda erməni qızının zorlamaya məruz qalmasının reallıqla əlaqəsi yoxdur: “Bu tamamilə cəfəng bir fikirdir. Çünki onlar könüllü olaraq rus əsgərləri ilə yaxınlıq edirlər. Tarixən ermənilər əxlaqsızlığa meylli olublar. Bununla bağlı çoxsaylı tarixi faktlar var. Hətta erməni tarixşünaslığında belə, bununla bağlı çoxsaylı faktlar öz əksini tapıb. Eyni zamanda, Avropa və digər ölkə tarixçiləri də bunu təsdiqləyirlər. Onların Anahid adında yazdıqları mifik qəhrəmanları belə, əxlaqsızlıqa meylli olub. Bir az dərinə gedib çıxanda bütün bunlar ortaya çıxır. Marksın, Engelsin, digər tarixçilərin və mütəfəkkirlərin bu barədə fikirləri var. Ermənilər əxlaq məsələlərində həddən artıq zəif və oynaq millətdilər. Arxiv sənədlərinə əsasən, XIX əsrin sonlarına yaxın İsveçrədən bir səyyah Cənubi Azərbaycana gəlir. Orada yaşayan ermənilərin adət-ənənəsi ilə maraqlanır. Məlum olur ki, ermənilər əxlaqsızlığa meylli bir millətdir. Onlar Səfəvilərin dövründə həm ticarətlə, həm də cəsusluq fəaliyyəti ilə məşğul olurdular. Ermənilərin kişiləri çox qorxaq, qadınları isə həddən artıq açıq xasiyyətli idi. Tarix təkrar olunur. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra erməni qadınlar rus məmurları ilə yaxınlıq edirdilər. İndi də Qarabağda erməni qızlar sülhməramlılarla yaxınlıq edirlər. Ona görə də onların guya zorlamaya məruz qalması ilə bağlı deyilənlər uydurmadır”.
Professor onu da əlavə etdi ki, əxlaqsızlıq ermənilərin xislətindədir.
Vidadi ORDAHALLI