“Nikolun Əliyevlə görüşmək cəsarəti... ” - Kuznetsovdan maraqlı açıqlama

15-12-2021, 07:12           
“Nikolun Əliyevlə görüşmək cəsarəti... ” -
Brüssel görüşündən Qarabağ məsələsinin həllinə dair Azərbaycanın siyasəti üçün prinsipial olaraq yeni və müsbət heç nə gözləmirəm.

Bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

“Rəsmi dəvət edən tərəfin NATO, daha doğrusu, “Şərq Tərəfdaşlığı” proqramının olduğunu xatırlamaq kifayətdir. Tamamilə aydındır ki, orada Prezident Əliyevdən Ukrayna məsələsində daha sərt antirusiya siyasəti istəniləcək. Bu tədbir elə məhz buna görə də təşkil olunub.

Bununla yanaşı, bu yaxınlarda Ermənistan Azərbaycanın iştirak etmədiyi Demokratiya Sammitinə qatılmışdı. Bu səbəbdən tədbirin təşkilatçılarının Azərbaycan tərəfinə münasibəti qeyri-konstruktiv ola bilər, indi “demokratik dünya” liderlərinin adəti belədir.

Hesab edirəm ki, Paşinyan Əliyevlə dekabrın 15-də görüşməyə hazır olduğunu bəyan edərkən, bu cəsarəti öz Qərb havadarları ilə məsləhətləşdikdən sonra alıb. Ona görə də məndə belə bir fikir formalaşıb ki, Əliyev müharibədən sonrakı Qarabağ münaqişəsinin nizamlanması mövzusunda kollektiv Qərbin mövqeyini dinləmək üçün bu görüşə dəvət edilib”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Brüsseldə dəyişmiş geosiyasi vəziyyətin fəsadları ilə üz-üzə gəlinəcək:

“Ona görə də mən Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüssel görüşündən nəinki Qarabağa dair danışıqlarda irəliləyiş, ümumiyyətlə, konstruktiv dialoq gözləmirəm. İrəvanın Qərbi Avropa və Şimali Amerika havadarları buna imkan verməyəcək.

Əliyevin bu vəziyyətdən müsbət çıxması üçün ona qüruru, intellekti və cəsarəti kifayətdir”./Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru