Bircə briqadamız macar ordusunu məhv edər

16-12-2021, 10:24           
Bircə briqadamız macar ordusunu məhv edər
Lazım gələrsə, Ukrayna 128-ci dağ-hücum briqadası ilə Macarıstanın bütün silahlı qüvvələrini məhv edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Donetsk hərbi administrasiyasının keçmiş rəhbəri Pavel Jebrivski deyib.

“Təkcə 128-ci briqada faktiki olaraq bütün macar qoşununu məhv edə bilər. Buna görə də orada (Zakarpatya – red.) sərhədlər bağlıdır”, - deyə Jebrivski bildirib.

O əlavə edib ki, Budapeştin Kiyevə qarşı həyasızcasına apardığı siyasət insanları bu məsələyə biganə qoymur.

Qeyd edək ki, Zakarpatya vilayəti 1945-ci ildə Ukrayna SSR-in tərkibinə daxil olub. Birinci Dünya müharibəsinə qədər isə bu ərazi Avstriya-Macarıstan imperiyasının torpaqları sayılırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru