"Amerika əsgərinin ayağı Slovakiya torpağına dəyməyəcək" - Slovakiya XİN
14-01-2022, 09:10

ABŞ hərbçiləri Slovakiya ərazisində öz obyektlərini yarada və bu ölkəyə Amerika əsgərini göndərə bilməyəcəklər.
Bu barədə yanvarın 12-də Slovakiyanın xarici işlər naziri İvan Korçok Bratislava və Vaşinqton arasında müdafiə sferasında əməkdaşlıq barədə saziş imzalanmasını şərh edəkən bildirib. Sazişi respublika hökuməti bəyənib.
«ABŞ-la bu saziş əsasında Slovakiyaya Amerika əsgərinin ayağı dəyməyəcək. Bizdə xarici baza yaradıla bilməz, belə ki, xarici ordunun iştirakı barədə, konstitusiyaya əsasən, qərarı Milli Şura və Slovakiya hökuməti qəbul edə bilər» - o, qeyd edib.
Nazirin sözlərinə görə, bunun əksini söyləyənlər demaqoq və populistdirlər. Bu zaman Korçok xüsusi qeyd edib ki, NATO Slovakiya üçün təhlükəsizlik qarantıdır, ABŞ isə bu təşkilat çərçivəsində açar həmkardır. Bununla əlaqədar nazir hesab edir ki, ABŞ-la bağlanmış saziş müdafiəni möhkəmlədir və Slovakiyanın suverenliyini gücləndirir.
Xatırladırıq ki, ABŞ və Slovakiya arasında sazişin 10 il müddətinə, avtomatik olaraq uzadılmaq şərtilə, bağlanması nəzərdə tutulur. Bu sənəd Amerika hərbçilərinə imkan verir ki, Slovakiyanın Malatski-Kuinya və Silaç aviabazasından istifadə etsinlər. Bundan əvvəl Slovakiyanın bir sıra siyasətçiləri saziş layihəsini tənqid ediblər.