Hansı ölkələrlə quru sərhədləri açılacaq? - Deputat açıqlama verdi

2-02-2023, 16:06           
Hansı ölkələrlə quru sərhədləri açılacaq? -
"Quru sərhədlərin açılması iqtisadi baxımdan önəmlidir”.

TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağanın ləğvindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan daxil olmaqla, digər qonşu ölkələrlə quru sərhədlərin açması birbaşa Operativ Qərargahın qərarından asılı olacaq:

"Operativ Qərargah mütamadi olaraq ölkədaxili, eləcə də qonşu ölkələrdəki vəziyyətlə bağlı məlumatların əldə edilməsi və qiymətləndirilməsini həyata keçirir. Hər halda bizim təklifimiz mərhələli şəkildə quru sərhədlərin açılması ilə bağlıdır. Nəzərə alaq ki, qonşu Rusiyada yoluxma sayı yüksəkdir. İranda praktik olaraq prosesin nəzarətdən çıxması müşahidə olunur”.

Vüqar Bayramov hesab edir ki, Azərbaycanla Gürcüstan arasındakı quru sərhəddin açılması məsələsinin müzakirəsi mümkündür:

"Amma bununla bağlı qərarın verilməsi birbaşa epidemioloji vəziyyətdən asılı olaraq həyata keçiriləcək. Operativ Qərargah tərəfindən bu istiqamətdə qiymətləndirmə aparıldıqdan sonra addımların atılması istisna deyil”.

Qeyd edək ki, Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.