Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putinə Baxmutla bağlı rəsmi məktub göndərib.
Kadırov məktubunda Putindən "Əhməd" döyüşçülərinin Baxmuta köçürülməsini xahiş edib.
O, "Əhməd" döyüşçülərinin başqa istiqamətlərdən çıxarılmasını və vaqnerçilərin mövqelərinin onlara verilməsini istəyib.
Qeyd edək ki, ötən gün "Vaqner" döyüşçüləri Ukraynanın Baxmut şəhərində 170 metr irəliləyib və 95,7 min kvadratmetr ərazini, şəhərin isə 2,42 kvadrat kilometr ərazisini işğal edib.