Mirzəyan Ermənistanın işğal etdiyi 7+1 Azərbaycan kəndləri haqqında danışmayıb...
4-11-2023, 09:34
Ermənistanın təxminən 200 kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır, xarici işlər naziri Ararat Mirzəyan bildirib. “Ermənistanın elə əraziləri var ki, hələ 1990-cı illərdən Azərbaycanın nəzarəti altındadır. Amma bizim yeni nümunələrimiz də var, mən Ermənistanın indi Azərbaycan qüvvələrinin nəzarəti altında olan təxminən 200 kvadrat kilometr ərazisi barədə məlumatlıyam”, - Mirzoyan parlament komitəsinin müzakirəsində deputatlara məsələ ilə bağlı sualı cavablandırarkən deyib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ancaq cənab Mirzəyan Ermənistanın işğal etdiyi 7+1 Azərbaycan kəndləri haqqında danışmayıb... Elbeyi Hesenli Teref.az