XİN mina terroru qurbanlarının sayını açıqladı - FOTO

4-11-2023, 10:18           
XİN mina terroru qurbanlarının sayını açıqladı - FOTO
Ermənilərin yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin paylaşımında deyilir.

Bildirilir ki, Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı mülki vətəndaşın ayağı amputasiya edilib.

Qeyd olunur ki, münaqişə bitdikdən sonra 336 azərbaycanlı mina terrorunun qurbanı olub.
“Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir”, - paylaşımda vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru