Müsavat Partiyası yeni namizədlərini təqdim etdi - SİYAHI 15-07-2024, 18:09 İyulun 15-də Müsavat Divanının iclası keçirilib.İclasda görülən işlər və qərarların icrası müzakirə edilib.Müsavat Partiyası rəhbərliyinin Tiflisdə keçirilən beynəlxalq konfransda iştirakı ilə bağlı geniş məlumat verilib.Sonra isə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub.Müsavat Divanı daha 4 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb:Mustafa Hacılı - 8 saylı Binəqədi birinci seçki dairəsi,Ətraflıİlqar Quliyev -32 saylı Suraxanı üçüncü seçki dairəsiOsman Kazımov - 84 saylı Füzuli seçki dairəsi,Sabir Məmmədli - 104 saylı Gədəbəy seçki dairəsi.Beləliklə, partiyanın namizədlərinin sayı 34-ə çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.Divan həmçinin daha 2 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 58 nəfərə çatıb. Facebook-da paylaş