Bəşəriyyət üçün kritik və həlledici dönəm yaxınlaşır: ya dövlətlər qalib olacaq, ya da...

16-07-2024, 09:58           
Bəşəriyyət üçün kritik və həlledici dönəm yaxınlaşır: ya dövlətlər qalib olacaq, ya da...
Əli Zülfüqaroğlu

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci ildə uduzduğu prezident seçkilərinin nəticələrinə müdaxilə etməkdə ittiham olunduğu məhkəmə prosesinin ilk iclasında ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Tramp avqustun 28-də baş tutacaq növbəti məhkəmə iclasına qədər sərbəst buraxılıb.
Xatırladaq ki, Donald Tramp müxtəlif məsələlərlə bağlı son 4 ayda üçüncü dəfə məhkəmə qarşısına çıxıb.
Görünən odur ki, ABŞ “dərin dövləti” 2024-cü ildə keçiriləcək prezident seçkilərində Trampın namizədliyini əngəlləməyə çalşır. Bu mümkün olmadığı təqdirdə isə Trampın seçkiyə qədər nüfuzdan düşməsi üçün hər şey edilir. Müxtəlif alçaldıcı ittihamlarla yanaşı ittiham aktlarına “dövlətə qarşı törədilən əməllər” də əlavə olunur ki, bu əslində “demokratik” Amerikanın gerçək simasıdır.
Qeyd edək ki, Trampın yüksələn reytinqi ilə müqayisədə artıq dəli, öz-özünə danışan, havaya salam verən, ağlını itirmiş qoca imici qazanan Baydenin reytinqi çox aşağıdır.
Məhkəmə iclasından bir müddət öncə isə sabiq prezidentin Amerika “dərin dövləti” ilə bağlı verdiyi açıqlamalar bu günün dünyasını anlamağımız üçün çox vacib mesajlardır.
Qeyd edək ki, “2024-cü ildə yenidən prezident seçilsəm dərin dövləti tamamlə yox edəcəyəm”,-deyən ABŞ-nin sabiq prezidenti Donald Tramp yenidən məhkəməyə çağırılmaqla Amerikada iki və son məhkəmə iclası ilə birlikdə 3 dəfə məhkəməyə çağırılan ilk dövlət başçısı olaraq tarixə düşdü.
Tramp son illərdə qarşılaşdığı ittihamlar və onunla bağlı aparılan istintaqlarla əlaqədar danışarkən, “Amerikada belə bir şeyin ola biləcəyini heç düşünməmişdim. Törətdiyim yeganə cinayət, xalqımızı yox etməyə çalışanlara qarşı qorxmadan mübarizə aparmaq idi. Məhkəmə seçkiyə müdaxilə edir. Ya dərin dövlət bitəcək, ya da ABŞ”,- deyə vurğulayıb.
Trampın mübarizə apardığı və “xalqımızı yox etməyə çalışan”,- deyə qələmə verdiyi “dərin dövlət”-yəni FED-in dünyanın maliyyə sisteminə yön verən və dünya nizamını müəyyənləşdirən sahibləridir. Bu gücü-dünyaya bazar, insanlara kölə və istehlakçı kütlə kimi yanaşan soyğun mexanizmini müəyyən qədər anlaya bilməsək, bu gün dünyada baş verənləri, o cümlədən Ukrayna savaşının mahiyyətini dərk edə bilməyəcəyik.
Bu, bir çoxlarının “demokratik” və cəlbedici iqtisadiyyat olaraq gördüyü, əslində vəhşi, ilk olaraq Amerika xalqını kölələşdirən, istehlakçı kütlə kimi istifadə edən və bir zombi sürüsü vəziyyətinə salan şeytani sistemin gerçək üzüdür.
Trampın, əslində Trampın simasında dünyanın başına gətirilən tragikomediya 2019-cu ilin sentyabrında BMT-nin toplantısından sonra başlandı.
Tramp, “gələcək qlobalçıların olmayacaq, gələcək dövlətlərin olacaq” deyərək, qlobal savaşı açıq müstəviyə daşıdı. Eyni zamanda “ağıllı liderlər öz suverenliyini düşünsün”,-deməklə Amerikanın daxili çəkişməsi hesab etdiyimiz, əslində isə dünyanın qurtuluş savaşı olan mübarizədə dünya dövlətlərindən dəstək istədi.
Tramp bu çıxışı ilə əlsində öz həyatını riskə atmışdı. Çünki, Kennedinin timsalında Amerikada, İtaliyada və dünyanın müxtəlif ölkələrində bu sistemə qarşı çıxan siyasətçilərin qətl edilməsi ilə bağlı nümunələr kifayət qədərdir. Xüsusilə böyük dövlətlərdə tarixin müxtəlif dönəmlərində soyğun mexanizminə baş qaldıran siyasətçilər təhdid edilir və bu təhdid daha çox qlobal reket Kissincerin vasitəsilə həyata keçirilir, təhdidə boyun əyməyənlər isə aradan götürülürdü.
Amma bu dəfə yeni üslub seçildi. Trampın BMT-dəki çıxışından sadəcə 3 ay sonra koronavirus şoku dünyanı bürüdü. Daha sonra Tramp hakimiyyətdən getdi, onunla bərabər müstəqil maliyyə təsisatları qurmaq istəyən dövlətlər pandemiya ilə “zindana” salındı.
Dövlətlər ikinci dünya müharibəsindən fərqli olaraq bu dəfə pandemiya ilə iqtisadi böhrana sürüklənir, iqtisadi cəhətdən çökdürülməyə çalışılır və yeni maliyyə sistemini qəbul etməyə məcbur edilirdi. Çökməkdə olan və çöküşü ilə yanaşı özü ilə həm də qlobal dağıntılar gətirən “petrodollar” sistemini yenisi ilə əvəzləmək cəhdləri dünya hakimiyyətinin qorunması planı idi.
Bu prosesdə Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Ödəmələr Sistemi, Dünya Bankı və FED-in törəmə qurumu olan Ümumdünya Səhiyyə Təşkilatı “mərkəzi dünya hökuməti” rolunda çıxış edirdi.
Bu plan isə baş tutmadı. Ciddi dirəniş göstərən dövlətlər qlobal soyğun sisteminə qarşı yeni ittifaqların təməllərini atırdılar. Bu proseslər fonunda məsələn, coğrafi mövqeyi və resursları ilə açar ölkələrdən olan Qazaxıstanda xaosa cəhd edildi. Bu alınmadığı halda isə dünyanın ikiyə bölünməsi variantı işə düşdü. Bunun üçün Avropa bir bazar olaraq FED hakimiyyətində olan Bayden Amerikası üçün hava və su qədər əhəmiyyət daşıyırdı.
Nəticədə qurbanlıq Ukrayna savaşa sürükləndi və dünyanın ikiyə bölünmə prosesi başlandı. Avropanın Rusiyadan qaz asılılığını tamailə dayandırmaq və Rusiyanı Ukrayna savaşı fonunda Avropaya dəyənək kimi göstərib, müstəqilliyə can atan qoca qitəni yenidən girova çevirmək məhz bu prosesin ilk mərhələsi idi.
Hazırda Tramp 4 yeni maddə ilə məhkəmədə ifadə verir. Yəni bu gün dünyada olan böhran ABŞ-nin daxilndəki böhranla eynilik təşkil edir. Trampı (təmsil etdiyi gücü) hər vəchlə yox etməyə çalışan güc, eyni üslubu Amerkanın xaricində və dünyanın hər yerində də tətbiq edir. Dünyanı xaosa sürükləyir, qıtlıq yaratmağa, milli dəyərləri məhv etməyə çalışır, LGBT və bənzər ideyaları maliyyələşdirir, dinsiz və cinsiyyətsiz toplum formalaşdırır, Ukraynanın timsalında savaş ocaqları yaradır və.s
“Türk Eynşteyn” təxəllüslü dünyaca məşhur türk alim, uzun illər Amerikada yaşayan və məşhur universitetlərdə dərs deyən Oktay Sinanoğlu illər öncə deyirdi: “Amerikada 240 milyon əhali var. Onlardan bir milyonu çox ağıllı və hər şeyə sahib gücdür. Qalan 239 milyon əhali isə həmin bir milyona xidmət edən istehlakçı kütlə rolunu oynayır. Bu kütlə hansı rola məhkum edildiyindən belə xəbərsizdir”.
Çox təəssüf ki, Sinanoğlunun Amerika toplumu üçün dediyi bu fikir, əslində bütün dünyaya aiddir.
Göründüyü kimi, yəni qlobal soyğun mexanizmi başlıca zülmü fəaliyyət göstərdikləri əsas mərkəzlərdən olan ABŞ xalqına edir. ABŞ-nin məhkəmələrdə süründürülən sabiq prezidenti Tramp da “xalqımızı yox etməyə çalışanlar”,- deməklə məhz bu soyğun sistemini və onun sahiblərini nəzərdə tutur.
Bu xəstə düşüncə dünya əhalisinin artımını özünə təhlükə görür və hər şeyə, hətta Allahın iradəsinə sahibənməyi belə özləri üçün normal hal sayırlar. Hansı ki, bu güc dünyanın maliyyə sistemi ilə yanaşı, qlobal qida, toxum, dərman və.s sektoruna sahibdir. Eyni zamanda, dünyada etalon kim qəbul edilən, sahibi olduqları və maliyyələşdirdikləri, reytinqinə görə ilk sıralarda dayanan təhsil müəssisləri, sosial şəbəkələr, transmilli media və digər düşüncə quruluşları və.s vasitələrilə insanların beyinlərini belə işğal etmək, kütləvi düşüncə tərzini müəyyənləşdirmək gücündədirlər.
Bəşəriyyət üçün kritik və həlledici dönəm yaxınlaşır. Ya dövlətlər qalib olacaq və dünyaya rifah əminamanlıq gələcək, ya da şeytani maliyyə sistemi öz hökmranlığını qorumaq üçün dünyanı hazıki prosesərdən daha dağıdıcı fəlakətə sürükləyəcək, ən pis ssenariləri belə reallaşdırmağa cəhd edəcəklər.
Ona görə də Trampın mübarizəsi adi hadisə deyil, hazırda insanların qurtuluşu üçün dünyada ən vacib məsələlərdən biridir. Bu-Amerikanın daxili işi kimi gördüyümüz məsələ, əslində dünya savaşının tərkib hissəsidir. Və bu savaş getdikcə daha da dərinləşəcək. ABŞ daxilindəki proseslər FED-ə qarşı olan gücün istədiyi kimi davam edəcəksə, dünyada Ukrayna savaşını arxa plana keçirən yeni sensasion prosesləri müşahidə edə, əksər sahələrdə paradiqma dəyişikliklərini görə bilərik.
Beləliklə dünya hər bir insanın həyatına təsir edəcək daha ciddi və fəlakətli dönəmə qədəm qoyur. Və bu dönəm olmadan dünyanın qurtuluşu mümkün deyil.
İstənilən halda Allah və onun ədaləti bütün güclərin fövqündə dayanır. Ən son qalibin haqq olması isə mütləqdir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru