İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi

14-06-2025, 00:18           
İran rejimi parçalanıb, çökəcək –
İran rejimi zəifdir, parçalanmışdır və çökə bilər.
Bakupost.az xəbər verir ki, bu sözləri İranın devrilmiş şahının oğlu Rza Pəhləvi X-də yazıb.
“Əli Xamenei və onun səriştəsiz və cinayətkar quldurları ehtiyatsızlıqla nüvə silahı əldə etməyin ardınca İranı müharibəyə sürükləyiblər və İran xalqını təhlükə altına atıblar. Onlar məsuliyyət daşıyırlar. Amma rejim zəifdir və parçalanmışdır. O, çökə bilər. Həmvətənlərimə dediyim kimi, İran sizindir və siz onu geri alacaqsınız”, - o bildirib.
O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edərək, onları “ölməkdə olan terrorçu rejimə başqa bir həyat ipi atmamağa” çağırıb.
Qeyd edək ki, İsrail bu gündən İrana qarşı genişmiqyaslı hava zərbələrinə başlayıb. İsrail ordusu nüvə və hərbi obyektləri vurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru