Sumqayıt Musiqi Kollecində tələbələr 600 manata aylığa buraxılır? - İTTİHAM

19-12-2018, 11:50           
Sumqayıt Musiqi Kollecində tələbələr 600 manata aylığa buraxılır? - İTTİHAM
Bu günlərdə mətbuatda Sumqayıt Musiqi Kollecində tələbələrdən qeyri-qanuni ödənişlərin tələb edilməsi ilə bağlı yazı dərc olunub.
Xeberle.com-un məlumatına görə, yazıda bildirilir ki, əyalətlərdən kollecə oxumağa gələn tələbələr 500-600 manat müqabilində aylığa buraxılırlar. Məqalədə, həmçinin imtahan sessiyasında tələbələrdən pul yığılması ilə bağlı fikirlər də yer alıb. Dərslərə zəif gələn tələbələrə imtahanlarda müəyyən məbləğ müqabilində qiymətlər yazılır.

Məsələ ilə bağlı Sumqayıt Musiqi Kollecinin direktoru Rasim Quliyevlə əlaqə saxladıq.

R. Quliyev Xeberle.com-a açıqlamasında kollec haqqında yazılanlara belə reaksiya verdi: "Yazılanlar həqiqəti əks etdirmir. Heç bir əsas olmadan belə məlumatlar yayan mətbuat orqanlarını məhkəməyə verəcəyik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.