Vergilər Nazirliyi ölüdən HESABAT İSTƏYİR... - GİLEY

1-05-2020, 08:59           
Vergilər Nazirliyi ölüdən HESABAT İSTƏYİR... - GİLEY
Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin fəaliyyəti narazılığa səbəb olub. Belə ki, DİA.AZ-a müraciət edən Səbail rayonu, Vüsal və Elçin Hacıbabayevlər küçəsi, ev 4, mənzil 20-də yaşayan Bayramova Xumar Kazım qızı qurumun onlara ünvanladığı məktubundan narahat olduqlarını və sarsıntı keçirdiklərini bildirir. Narazı vətəndaş yazır:

"Dünən Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin adından illər əvvəl dünyasını dəyişmiş qardaşım Bayramov Fəxrəddin Kazım oğlunun adına məktub gələrək, onun vergi hesabatı verməməsi səbəbindən cərimə olunduğu bildirilib.

Mən başa düşə bilmirəm ki, dövlətin belə bir ciddi qurumu dövlətimizin elektron hökumət sistemi ilə əlaqəli deyilmi ki, illər əvvəl dünyasını dəyişmiş şəxsi cərimə edərək, ondan sahibkarlıq fəaliyyəti ilə bağlı hesabat tələb edir"...

Dia.az-a müraciət edən narazı vətəndaş sözügedən cərimə ilə bağlı Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsini məhkəməyə verəcəyini də bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru