Bakı-Supsa ilə neftin nəqli DAYANDIRILDI

6-05-2022, 08:05           
Bakı-Supsa ilə neftin nəqli DAYANDIRILDI
Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) meqastrukturunu işlədən və Böyük Britaniyanın neft nəhəngi BP-nin rəhbərlik etdiyi konsorsium Qərb istiqamətində, Bakı-Supsa marşrutu ilə Səngəçaldan Gürcüstanın Qara dənizdəki limanına neft nəqlini dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, BP-dən verilən məlumata görə, bu marşrutla neft sonuncu dəfə aprel ayında ixrac olunub. O zaman neft Supsa limanından BP və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus iki tankerlə daşınıb.

Güman ki, indi konsorsiumun AÇG-də hasil etdiyi neftin hamısı Bakı-Tbilisi-Ceyhan əsas ixrac marşrutu ilə göndəriləcək.

Treyderlərin fikrincə, Bakı-Supsa vasitəsilə təchizatın dayandırılması hazırda neft tankerlərinin göndərilməsində problem yaşanan Qara dənizdəki logistikanın mürəkkəbliyi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru