Azərbaycandakı SMA xəstələrinin müalicəsini dövlətin qarşılaması təklif edilir

25-11-2022, 11:58           
Azərbaycandakı SMA xəstələrinin müalicəsini dövlətin qarşılaması təklif edilir
Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycandakı SMA xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edib.

“Report”un məlumatına görə, o, rəsmi statistikaya görə ölkədə həmin xəstəlikdən əziyyət çəkən uşaqların mövcud olduğunu söyləyib.

Deputat bildirib ki, həmin xəstələrin müalicəsi olduqca bahalıdır və bu da valideynlər üçün ciddi problem yaradır: “Artıq həmin xəstəliyin ineksiya yolla müalicəsi mümkündür. Bir ineksiya da 2 milyon dollara başa gəlir. Hesab edirəm ki, 28 uşağın müalicəsi mümkün ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru