Gəncədəki izdihamın səbəbi bu imiş – Video

25-11-2022, 12:06           
Gəncədəki izdihamın səbəbi bu imiş – Video
Gəncədə əhalinin şəhərdə yerləşən binalardan birinin qarşısına toplaşmasını əks etdirən görüntülər yayılıb.

TEREF.AZ-ın yazdığına görə, Tribunainfo.az xəbər verir ki, sosial şəbəkə izləyicilərinin sözlərinə görə, həmin insanlar binaya Fövqəladə Hallar Nazirliyinin iş elanından sonra yığılıblar. Videodan görünür ki, yüzlərlə insan izdihamla, növbəsiz şəkildə binaya daxil olmağa çalışır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. FHN-in Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: “Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, nazirliyin səlahiyyətlərinə aid olmayan müracitlər müvafiq qaydada yönləndirilir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru