Nazir Nəbiyev İnternetin keyfiyyəti qaldırsın, qiymətini isə aşağı salsın, o zaman öz işi ilə məşğul olduğunu deyə bilərik.

17-06-2023, 11:34           
Nazir Nəbiyev İnternetin keyfiyyəti qaldırsın, qiymətini isə aşağı salsın, o zaman öz işi ilə məşğul olduğunu deyə bilərik.
Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 181 ölkə arasında 116-cı yerdə, mobil internetin sürətinə görə 140 ölkə arasında 55-ci yerdə qərarlaşıb.
İndi yəqin ki, nazir Rəşad Nəbiyev bu məlumata eşidən kimi açıqlama verər ki, Azərbaycanda İnternetin keyfiyyətini artırmaq, qiymətini isə aşağı salmaq lazımdır – sizcə deməz?! Yox, deməz, o ancaq taksilərin ucuz olmasından şikayətlənib tez-bazar Milli Məclisə taksi xidmətini faktiki inhisara alınmasına, qiymətlərin yüksəlməsinə xidmət edən 6 qanun layihəsinə dəyişilməsinə çalışar. Nazir Nəbiyev taksi xidmətini inhisara almaq istəyənlərin maraqları üçün çalışmaqdansa, getsin BİRBAŞA onun nazirliyindən asılı olan İnternetin keyfiyyəti qaldırsın, qiymətini isə aşağı salsın, o zaman öz işi ilə məşğul olduğunu deyə bilərik.
Bu gün Milli Məclis ilk oxunuşda taksi fəaliyyətinə aid olan 6 müxtəlif qanunda dəyişikliyi 1-ci oxunuşda sürətlə qabul edib – REAL-ın Parlament təmsilçisi Erkin Qədirli 6 dəyişikliyin hamısının əlehinə səs verib.
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru