İsveçli siyasətçi Mona Sahlin marketə girir. Kartla 6 dollar ödəyərək “Toblerone” şokoladlarını alır. Bir həftə sonra maliyyəçilər onun qapısını döyür. Çünki o, şokoladları öz şəxsi kartı ilə deyil, dövlətin ona ayırdığı kredit kartı ilə almışdı. Bunun üstündə 3 ay araşdırma aparılır. Mona Sahlin ifadəsində şokoladları dalğınlıqla dövlətin kartı ilə aldığını, məqsədinin xəzinəyə zərər vurmaq olmadığını söyləyir. Prokurorluq bununla kifayətlənmir. Onun bütün mal-mülkünü, xərcləmələrini didik-didik edir. Araşdırmalar nəticəsində onun şokoladlardan başqa, digər ehtiyaclarını da dövlətin kartıyla qarşıladığı, ancaq qısa müddətdə artığı ilə geri ödədiyi məlum olur. Beləliklə, Mona Sahlin bəraət alır. Orxan Baxış Teref.az