Taksilərin təqdim etdiyi fantastik qiymətlərdən narazılıq ARTIB

20-06-2023, 00:11           
Taksilərin təqdim etdiyi fantastik qiymətlərdən narazılıq ARTIB
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Qazaxıstanın baş nazir Əlixan Smailov hökumətə və biznes qurumlarına turizm sahəsində problemlərin operativ şəkildə həll edilməsini tapşırıb”.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hökumətin iclasında Əlixan Smailov Qazaxıstanın turizm sektorunda mövcud vəziyyətlə bağlı sərt danışıb. Nazirlər Kabinetinin rəhbəri xüsusilə vurğulayıb ki, mövsüm yeni başlasa da, göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı artıq 500-dən çox şikayət və müraciət daxil olub. Söhbət əcnəbilər üçün taksilərin təqdim etdiyi fantastik qiymətlərdən, eləcə də çirklənmiş turizm bölgələrindən və istirahət mərkəzlərinə istiqamət alan yollardan gedir.

“Biz qarşımıza məqsəd qoymalıyıq: 2029-cu ilə qədər Qazaxıstan qlobal Səyahət və Turizmin İnkişafı İndeksində ən azı 50-ci yerdə olmalıdır”, – deyə baş nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru