Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? - ARAŞDIRMA + VİDEO

5-09-2023, 09:24           
Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? - ARAŞDIRMA + VİDEO
Bəzi mağazalarda alıcılar kartla ödəniş edə bilmirlər.

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, müxtəlif səbəblərdən mağazalarda pos-terminal təqdim edilmir və ödənişin kart hesabına edilməsi xahiş edilir.

Bu da alıcıların haqlı narazılığına səbəb olur.

Mağaza işçilərinin sözlərinə görə, pos-terminalla ödənişlər zamanı faiz çox tutulduğu üçün onlar daha çox nağd ödənişə üstünlük verirlər.
Lakin qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə qanun qarşısında məsuliyyət daşıyırlar.

Belə hallarla qarşılaşan vətəndaşlar dövlət vergi xidmətinin “195-1” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru