Bakının bu ünvanında söküntü başlayır - 2000 AZN kompensasiya veriləcək

5-09-2023, 12:41           
Bakının bu ünvanında söküntü başlayır - 2000 AZN kompensasiya veriləcək
Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət "Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru