Qarabağdan "5 minədək erməni evakuasiya edilib"

26-09-2023, 12:04           
Qarabağdan "5 minədək erməni evakuasiya edilib"
Dağlıq Qarabağdan Ermənistana "5 minə yaxın məcburi köçkün daxil olub", Ermənistan Nazirlər Kabinetinin (NK) bazar ertəsi günorta saatlarına olan məlumatında bildirilir.

Qurum bildirir ki, Ermənistana daxil olmuş 4850 məcburi köçkünün "3900 nəfərinin qeydiyyatı tamamlanıb, 950 nəfərin ehtiyaclarının qiymətləndirilməsi davam edir".

Ermənistan NK-nın bazar ertəsi səhər yaydığı məlumatında bildirilib ki, qeydiyyata alınmış 2100 nəfərdən minə yaxını öz qərarları ilə qeydiyyatda olduqları yerlərə getmək istəyib, digər 1100 nəfər isə hazırda dövlət tərəfindən yerləşdiriliblər (bəzilərinin yerləşdirilməsi hələ də davam edir).

"Bütün gecə məcburi köçkünlərin axını davam edib. Onların ehtiyaclarının qiymətləndirilməsi və yaşayış yeri ilə təmin edilməsi işləri gecə boyu aparılıb və davam edir", - Ermənistan NK bu səhər məlumat yayıb.
Rəsmi Bakı Qarabağ ermənilərinə müəyyən sahələr üzrə birgə işçi qrupların yaradılmasını təklif edib
Bazar ertəsi günü Xocalıda rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında keçirilmiş görüşdə müəyyən işlərin həyata keçirilməsi təklif olunub, Azərbaycan Prezident Adminstrasiyası açıqlayıb:

Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılsın və həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilsin
Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində səhra hospitalı qurulsun və Azərbaycan və erməni əsilli tibb heyəti birgə səhiyyə xidmətləri göstərsin.
Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidməti yaradılsın
Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilsin
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvləri Xankəndi şəhəri də daxil olmaqla, ərazidəki müvafiq qurumların nümayəndələri ilə görüşüb fəaliyyət istiqamətlərini müəyyən etsinlər və onların birgə işçi qrupu yaradılsın
Qarabağdakı vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərləri təşkil edilsin
Bu cür təşəbbüslərə əsaslanan vətəndaş cəmiyyəti dialoqu platforması yaradılsın
Qarabağdakı separatçı qurumun bu görüşlə bağlı açıqlaması yoxdur, amma Ermənisan hökuməti açıqlayıb ki, minlərlə erməni Qarabağı tərk edib.

Bundan əvvəl, tərəflər Yevlaxda görüşüb, bundan sonra Azərbaycan Xankəndi şəhərinə humanitar yardım göndərib və Xankəndinin elektrk enerjisini Azərbaycan enerji sisteminə qoşub.

"Politico"nun Rusiya, Türkiyə və Cənubi Qafqaz üzrə yazan jurnalisti Gabriel Gavin X sosial media hesabında "yüzlərlə, bəlkə də minlərlə şəxs Dağlıq Qarabağı tərk etdiyi üçün Kornidzor magistralında maşın seli yaranıb" yazıb.
bbc












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru