Zərərlə işləyən BOKT-un səhmdarları dəyişdi – YENİ PAYÇILAR, MƏBLƏĞLƏR
26-09-2023, 09:17

BOKT «FİNEX KREDİT» ASC-nin səhmdarları dəyişib. Teref.az FED.az-a istinadla xəbər verir ki, şirkətin ən byöük səhmdarı vəsaitlərini götürərək BOKT-u tərk edib. Nəticədə şirkətin nizamnamə kapitalı azalıb. Əvəzində səhmdarların siyahısına qoşulanların sayı artıb və BOKt-un 8 deyil, 10 səhmdarı var.
Belə ki, 2022-ci ilin sonunda şirkətin 8 səhmdarı vardı, onlar
1. Mirzəyev Xaqan Səməd oğlu-pay 480.(32.1%)
2.Cəbrayılov Azad Nəriman oğlu- pay 399.00 (26.75%)
3.Allahverdiyeva Ramine Tokay qızı – pay 246 (16.55%)
4.Tağıyeva Şəlalə İslam qızı - pay 151.6 (10.1%)
5.Şixalizade Tokay Murad oğlu- pay 112.6 (7.5%)
6. Məmmədov Rövşən Mürsəl oğlu- pay 54 (3.6%)
7.Şərifov Mobil Famil oğlu- pay 34.6 (2.3%)
8.Tağıyeva Gülnarə Elçin qızı - pay 16.2 (1.1%) idi.
2023-cü ilin ilk yarısının nəticəsində isə şirkətin əsas səhmdarı (32,1%) olan Xəqani Mirzəyev BOKT-u tərk edib. BOKT-un digər iri payçısı olan Azad Cəbrayılovun payı kəskin azalaraq 27%-dən 16%-ə enib. Onların itirilən payı digər səhmdarlar arasında, eləcə də yeni səhmdarlar arasında bölünüb.
Belə ki, Mobil Şərifovun şirkətdəyi payı 6 dəfədən çox artaraq 2,3%-dən 14,8%-ə yüksəlib. Raminə Allahverdiyevanın payı isə 16,5%-dən 18,5%-ə yüksəlib. Rövşən Məmmədovun payı təqribən 2 dəfə artaraq 3,6%-dən 6,7%-ə qalxıb. Şəlalə Tağıyevanın payı da təqribən 2 dəfə artıb və əvvəlki 10%-dən 19%-ə yüksəlib. Tağıyeva Gülnarənin payı isə 1,1%-dən 2,2%-ə artıb. Tokay Şıxəlizadənin payı da 2 dəfə artıb və 7,5%-dən 14%-ə yüksəlib.
Paralel olaraq BOKT-un payçıldarı sırasına 3 yeni şəxs qatılıb. Bunlar Tofiq Cəfərov (4,6%), Azər Hacıyev (3,2%) və Sevil Hidayətovadır (1,6%). Hazırda BOKT «FİNEX KREDİT» ASC-nin payçıları aşağıdakılardır:
1.Şerifov Mobil Famil oğlu- pay 118.6 (14.825%)
2. Cəbrayılov Azad Nəriman oğlu - pay 125 (15.625%)
3. Allahverdiyeva Raminə Tokay qızı - pay 146 (18.25%)
4. Məmmədov Rövşən Mürsəl oğlu- pay 54 (6.75%)
5. Tağıyeva Şəlalə İslam qızı - pay 151.6 (18.95%)
6. Tağıyeva Gülnarə Elçin qızı - pay 16.2 (2.025%)
7. Hidayətova Sevil Əlihüseyn qızı - pay 13 (1.625%)
8. Cəfərov Tofiq Abbas oğlu- pay 37 (4.625%)
9. Hacıyev Azər Vahid oğlu - pay 26 (3.25%)
10. Şixalizadə Tokay Murad oğlu- pay 112.6 (14.075%)
Payçıların sırasının dəyişməsi ilə yanaşı, şirkətin nizamnamə kapitalı da azalıb və 2022—ci ilin sonundakı 1.5 milyon manatdan 800 min manata düşüb.