Azərbaycanda bankların xalis mənfəəti 23% artıb

26-09-2023, 11:19           
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22,9% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589,4 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25,2% artaraq 1064 milyon manata bərabər olub.
2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru