General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı

26-09-2023, 17:36           
General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində rəisin birinci müavini vəzifəsi ləğv edilib.

teref.AZ-ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin sabiq rəisi, daxili xidmət general-mayoru Hikmət Mərdan oğlu Abbasov vəzifəsindən azad olduqdan sonra bu barədə qərar qəbul olunub.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisin birinci müavini, daxili xidmət polkovniki Səyavuş Məhyəddin oğlu Qasımov vəzifəsindən azad edilib. O, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə keçirilib.

Xidmətin daha bir rəis müavini - Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğlu, daxili xidmət polkovniki Vaqif İbrahimovdur.

Qeyd edək ki, bir neçə ay əvvəl FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov sözügedən qurumun rəisi təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru