Bu şirkət 33,7 milyonluq tenderin qalibi oldu – Ağdamın kəndində ev tikəcək

28-09-2023, 07:55           
Bu şirkət 33,7 milyonluq tenderin qalibi oldu –
Qarabağ iqtisadi rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “6-cı Mərtəbə” Müstəqil Şirkəti olub.

Yeniavaz.com xəbər verir ki, Xidmət Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınmasına görə “6-cı Mərtəbə” Müstəqil Şirkətinə 33 milyon 714 min 449 manat 37 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 20 manat olan “6-cı Mərtəbə” Müstəqil Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 64 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru