Laçın yolunda asfalt örtüyü niyə dağıldı? - AAYDA-dan açıqlama

28-09-2023, 07:17           
Laçın yolunda asfalt örtüyü niyə dağıldı? -
Bu gün sosial şəbəkələrdə Laçın yolunun müəyyən bir hissəsində asfalt örtüyünün qəzalı vəziyyətə düşməsi ilə bağlı fotolar paylaşılıb. Fotolardan görünür ki, asfalt örtüyü çatlayaraq, dağılıb. Yolun bu qədər qısa müddətə dağılması qınaq obyektinə çevrilib. Xatıladaq ki, Laçın yolu 2022-ci ildə çəkilib.
Teref.Az bildirir ki, Sitat.info olaraq məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb.

A. Nəcəfli açıqlamasında əraziyə AAYDA-nın nəzarət etmədiyi bildirib: "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı fəaliyyət göstərir. Ora müraciət edin zəhmət olmasa".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru