Maaşlar yenə azaldı: “Sinxron” dəyişikliyin səbəbi nədir? – Ekspertdən açıqlama

14-11-2023, 21:44           
Maaşlar yenə azaldı:
Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 919 manat 80 qəpik olub.
Yeniavaz.com bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-avqust) müqayisədə 3 manat 20 qəpik azalıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda ilin əvvəlində orta aylıq əmək haqqı artmağa başlayır, sonra azalmağa. İlin sonunda isə yenidən artmağa başlayır. Bu tendensiya son illər dəyişməz olaraq qalır.
Son 3 ildə ölkədə aylar üzrə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqılama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, orta aylıq əmək haqqının bu şəkildə dəyişməsi yaşa görə əmək pensiyasının indeksləşdirilməsi ilə bağlı ola bilər:
“Bildiyimiz kimi, Azərbaycanda əmək pensiyaları əmək haqqının artım tempinə uyğun indeksləşdirilir. İlin sonunda əmək haqqı nə qədər artsa, pensiyalar da o qədər artırılır. Belə görünür ki, pensiyaları nə qədər artırmaq lazım olduğunu əvvəlcədən planlayırlar və ilin sonunda rəqəmlər üst-üstə düşsün deyə əmək haqqını süni şəkildə azaldıb-artırırlar. Əks halda, əmək haqqında bu cür “sinxron” dəyişikliyin olması ehtimalı azdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru