Burası Azərbaycandır və dil seçimi Azərbaycan dili olması məcburidir - Mədəniyyət Nazirliyi Bakıda moda tədbirinin rus dilində keçirilməsinə aydınlıq gətirib

4-12-2023, 16:55           
Burası Azərbaycandır və dil seçimi Azərbaycan dili olması məcburidir -
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən Yaradıcı Həftə çərçivəsində təşkil olunan "Azərbaycan Moda Həftəsi"nin rus dilində olması sosial mediada müzakirələrə səbəb olub.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov APA-nın sorğusuna cavab olaraq bildirib ki, yaradıcı həftənin keçirilməsinin məqsədi həm də eko-sistem oyunçularıma dəstək verməkdir.

"Bu mənada, il ərzində fəallıq göstərən, yeni fəaliyyətə başlayan eko-sistem nümayəndələri Mədəniyyət Nazirliyinə müraciət edərək yaradıcı həftə çərçivəsində tədbir keçirməyə haqq qazanıb və özləri də tədbirlərini keçiriblər. Ona görə də tədbirin detalları, dil seçimi və s. keçirilməsi məsələsi onların öz daxili qərarlarıdır. Bununla bağlı təşkilatçılara müraciət etməyiniz daha doğru olar", - o deyib.

Qeyd edək ki, Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Week”) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində 2-3 dekabr tarixlərində keçirilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru