Avtomobil bazarında durğunluq: Bakıda maşınların qiyməti - SİYAHI

4-12-2023, 18:24           
Avtomobil bazarında durğunluq: Bakıda maşınların qiyməti - SİYAHI
Hər il Azərbaycana bir milyondan çox avtomobil idxal olunur.

Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar ayında ölkəmizə 102 milyon 620,56 min ABŞ dolları dəyərində 6881 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bu avtomobillərin 933-ü hibrid, yəni daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 119-su yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Qeyd edək ki, hazırda avtomobil bazarında yeni illə əlaqədər olaraq bahalaşma gözlənilir.

Belə ki, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi dayandığına görə köhnə avtomobillərin qiymətində bahalaşma müşahidə olunur.

Adının çəkilməsini istəməyən avtomobil satışı ilə məşğul olan şəxs "Cebhe.info"-ya bidirib ki, hazırda maşın bazarında durğunluq müşahidə olunur:

O xatırladıb ki, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi dayandırılıb:

“Nəticədə avtomobillərin qiymətində bahalaşma müşahidə olunmayıb, əksinə qismən ucuzlaşma baş verib. Amma yeni ildən sonra avtomobillərin qiymətində bahalaşmanın olacağını proqnozlaşdırmaq isə mümkün deyil. Hazırda bazarda yaşı 10 ildən çox xeyli sayda minik avtomobilləri var. Ola bilsin ki, avtomobillərin qiymətində 500-2000 manat arası artım olsun. Bildirim ki, hazırda avtomobil bazarında durğunluqdur, alıcı qıtlığı var. Avtomobillərin qiymətləri qalxsa, satış aşağı düşəcək. Biz isə bazarda qiymətlərin qalxmasını istəmirik".

Hazırda avtomobil bazarında ən populyar işlənmiş avtomobillərin qiymətlərini təqdim edirik: (Qiymətlər AZN ilə göstərilib)

*“Ford Fusion” : 1.5 L, 2016 il, 123 000 km - 18 700 AZN

*“Hyundai Tucson” 2.0 L, 2007 il, 125 364 km - 15 700 AZN

*“Hyundai Santa Fe”: 2.7 L, 2002 il, 260 000 km - 11 000 AZN

*“Toyota Corolla”: 1.4 L, 2005 il, 109 000 km - 14 000 AZN

*“Toyota Prado”: 4 L, tam dolu komplektasiya , 2008 - 40.500 AZN

*“Hyundai Elantra”: 1.8 L, 2015 il, 29 000 km - 21 000 AZN

*“LADA” (VAZ) “Niva”: 1.7 L, 2015 il, 62 000 km - 14 700 AZN

*“LADA” (VAZ) “Niva”: 1.7 L, 2019 il, 28 200 km - 18 700 AZN

*“LADA” (VAZ) “Niva”: 1.7 L, 2018 il, 32 000 km - 17 500 AZN

*“LADA” (VAZ) 2115, 1.6 L, 2012 il, 210 000 km - 8 800 AZN

*“Mercedes G 320” (Qalenvagen): 3.2 L, 2006 il, 170 000 km - 90 min AZN.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru