Natəmiz Binəqədidə rüşvəti elə başçının özü himayə edir... - Əksini sübut edə bilmirlərsə...

22-06-2015, 10:39           
Natəmiz Binəqədidə rüşvəti elə başçının özü himayə edir... - Əksini sübut edə bilmirlərsə...
20 iyunda qaziler.az saytında “Şəhid ailəsindən rüşvət tələb olunur” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, səkkiz il əvvəl şəhid xanımı, məcburi köçkün Aidə Tağıyeva öz pulu ilə yaşamaq üçün Biləcəri qəsəbəsində, Məmiş Abbasov 16 ünvanında yarımzirzəmi bir mənzil alıb. Üstündən illər keçəndən sonra bu yarımzirzəmi uçaraq yarasız hala düşüb. Axırıncı dəfə Bakıya yağan yağışdan sonra isə mənzildə yaşmaq çox təhlükəli olub. Siçovulların məskən saldığı mənzillərini öz hesablarına təmir etdirmək – zirzəmini normal bir evə çevirmək üçün ailə icra hakimiyyətinə müraciət edib. Bütün hadisələr də bundan sonra başlayıb! Ailədən böyük rüşvət tələb olunub! İstənilən rüşvəti verməyə imkanı olmadığından ailə köhnə tikintilərdən sökülən kərpiclə mənzillərinin divarını hörməyə başlayıblar. Amma rüşvət tələb edənlər buna imkan vermirlər!
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi ilə hadisə yerində olublar. Şəhid ailəsi rüşvət vermədiyi üçün tikintiyə mane olan Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi İbad İbrahimov şəhid ailələri ilə çox kobud davranıb, hətta onları təhqir etməkdən belə çəkinməyib.
Qafqaz Xəbər Agentliyi məsələni aydınlaşdırmaq qərarına gəldi: doğrudanmı, icra hakimiyyəti şəhid ailəsindən rüşvət tələb edir?
Suala cavab tapmaq üçün Binəqədi RİH-nin istimai-siyasi şöbəsinin müdiri Nuridə Allahyarovaya müraciət etdik. O, bildirdi ki, Aidə Tağıyevanın problemi bizə məlumdur:” O , evlə bağlı sənədləri bizə təqdim edəndən sonra biz ona kömək edə bilərik”.
Müxbirimizin “ Aida Tağıyeva deyir ki, Binəqədi RİH ondan rüşvət tələb edir. Bu sizə məlumdur?” sualına Allahyarova “ Mən 20 dəqiqə sonra sizə zəng edəcəm” deyərək dəstəyi asdı. Ancaq zəng gəlmədi.
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova isə Qafqaz Xəbər Agentliyinə bildirib ki, Aidə Tağıyeva tələb olunan sənədləri mənim yanımda Nuridə Allahyarovaya verib: “ O, dedi ki, sizinlə əlaqə saxlayacam. Amma heç bir cavab olmadı. Onda biz icra nümayəndəsi İbad İbrahimova müraciət etdik. Və onunla Aidə Tağıyevanın evinə baxmağa getdik. Orda icra nümayəndəsi şəhid ailəsini təhqr elədi və bildirdi ki, burda qanunsuz yaşayırsınız. Sonra mən Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovla görüşdüm və icra nümayəndəsinin hərəkətlərini ona çatdırdım. Başçı dedi ki, inanmıram ki, icra nümayəndəsi şəhid ailəsini təhqir edə. Başçı söz verdi ki, məsələni araşdırıb bizə məlumat verəcək. Ancaq bizə heç bir məlumat gəlmədi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.