Ölkədə boşanmalar 5 ildə 2 dəfə artıb - dəhşətli STATİSTİK

31-07-2015, 20:40           
Ölkədə boşanmalar 5 ildə 2 dəfə artıb - dəhşətli STATİSTİK
Azərbaycanda boşananların sayı günbəgün artır.

Modern.az saytının əldə etdiyi 2014-cü ilin dəqiq statistikasına görə, ölkədə boşananların sayı ailə quranların 11 faizini təşkil edir. Beş il əvvəl əgər ölkə üzrə boşananlar 6 faiz təşkil edirdisə, hazırda bu rəqəmdə 6 faiz yüksəlib. Bu da hər evli 100 ailənin 11-nin boşanması deməkdir.
Bu rəqəmlər boşanma ilə bağlı ölkəmizdə faciəvi nəticələr olduğunu təsdiqləyir.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında bildirib ki, bu gün ailələrin dağılmasını yalnız bir səbəblə izah etmək olmaz.

“Bu gün ailələr müxtəlif səbəblərdən dağılır. İki şəxsin bir-birini sevməsi üzərində qurulan ailələr olur ki, bu zaman tərəflərin ailələrində buna razılıq verənlərlə yanaşı, razılıq verməyənlər də olur. Amma bu narazılıq sonradan ailənin davamlılığı üçün ciddi problemlərə səbəb olur. Ailələrin təzyiqi ilə qurulan evlənənlər, iqtisadi maraqlar çərçivəsində, yəni varlı oğlan və ya varlı qızla evlənməyi qarşısına məqsəd qoyanlar, nəsil artırmaq üçün, yəni yaşım keçir ailə qurub uşaq sahibi olmaq məqsədi ilə ailələrin qurulması daha çox müşahidə edilir ki, bunlar da sonradan boşanmalara gətirib çıxarır”.

Birlik sədri qeyd edib ki, ailənin saxlanılması üçün kifayət qədər dəstək olmalıdır. “Amma biz müşahidə edirik ki, bu gün ailələrə kənar şəxslərin yersiz müdaxilələri olur. Əgər 25 il bundan qabaq boşananda tərəflər bunu böyük faciə kimi qəbul edirdilərsə, indi çox rahatlıqla gülə-gülə ayrılırlar, bu isə narahatlıq doğurur. Bu gün Bakı ilə yanaşı, rayonlarda da boşanma halalrı kifayət qədər artıb. Ola bilsin dağ rayonlarda, balaca kəndlərdə insanlar biri-birinə yaxındır və boşanma o qədər yoxdur.

İctimai nəzarət, ailəyə dəstək varsa, ağsaqqalar institutu müəyyən mənada qorunub saxlanırsa, o yerlərdə təbii ki ailənin dağılması müşahidə olunmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.