Gəmiləri quru yol ilə dənizə ilk dəfə gətirən Umur bəy
Bu gün, 17:04

Fateh Mehmet Sultan
Tarixın qızıl hərflərindən biri və Bizans İmperiyasına son qoyaraq Osmanlı dövlətinə İstanbul kimi paytaxt bəxş edən, 7 dil bilən, güclü sərkərdə, elm və təhsili bir hökmdardır.
Böyük strateq olan Sultan Dolmabahçe tərəfindən gəmilərin təxminən 9 km-lik yolu ilə Osmanlı donanmasının 30-u qalyon tipli, əksəriyyəti kiçik olmaqla 72 gəmisinin 21-i gecə qurudan aparılaraq aprelin 22-də səhər saatlarında dənizə buraxılıb. Qızıl Buynuzda ağır silahlarla dolu olan gəmilər şəhərə atəş açmayıblar və ordan şəhərə hücum olmayıb. Niyə?
Bu barədə yazmışam: https://www.turkustan.az/news/politics/84891
Bu gün Osmanlı tarixçiləri yazırlar ki, tarixdə ilk dəfə olaraq quru yol ilə gəmiləri aparıb dənizə çıxaran Fateh Mehmet Sultan olub. Biz türk dünyası Fateh Mehmet Sultan ilə fəxr edib, onun Bizans imperiyasına son qoyması ilə qürur duysaq da, tarix həqiqətləri sevir. Dünya tarixində quru yol ilə gəmiləri aparıb dənizə salan və düşməni mühasirəyə salan ilk şəxs Fatehdən öncə olub. Bu şəxs Aydınoğlu Qazi Umur Bəy idi.
İlk öncə haşiyə çıxım ki, Azərbaycan türk tayfası olan Əfşarlar Böyük Səlcuq Dövlətinin bölünərək zəifləməsindən sonra, XII əsrin ilk yarısında bir müddət müstəqil, bir müddət də Səlcuqlara bağlı şəkildə bəyliklər qurmuşdular.
Karamanoğulları bəyliyi Avşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı,Kozanoğlu bəyliyi, Saruhanoğulları bəyliyi isə Saruhanlı qolundandır.
Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Əfşar türklərdir.
Aydınoğlu bəyliyi 1308-ci ildə qurulub. Dövlətin qurucusu Aydınoğlu Məmməd bəy, Germiyanoğullarıın ordu komandiri idi. Məmməd bəyin 1334-cü ildə ölümündən sonra bəyliyin başına oğulu Umur bəy keçdi. Umur bəy Səlcuq və İzmirdə limanlar qurdu, donanmasını gücləndirdi.
1338-ci il Epir səfərində Navpaktos körfəzinə keçmək üçün bütün Moreya yarımadasını fırlanmaq əvəzinə Korinf bərzəxinə gələrək 10 km-lik quru ərazidən gəmiləri keçirir, körfəzə enir.
Dənizlərin, Egey adalarının, Eğribozun, Peloponnesin, Giritin, Rodosun və Bizansa qədər bütün Tesalya sahillərinin hakimi olan Umur bəy Osmanlı dənizçiləri arasında əfsanəvi bir imic qazanmasına səbəb olmuşdu. Umurca qaziləri adını özünə götürən Osmanlı əsgərləri də olublar.
Aydınoğulları Bəyliyinin bəyi olmaqla yanaşı, dənizçi, əsgər və dövlət adamı kimi böyük şöhrət qazanan Umur bəy 1325-1326-cı illərdə İzmirin genuyalılar əlində olan hissəsini azad etməsi ilə tanınır.
Onun həyatı şair və tarixçi Enveri tərəfindən "Düstur-Name" adlı əsərdə təsvir edilmişdir.
1348-ci ildə İzmir limanını mühasirəyə alan Umur bəy qala divarlarına dırmaşarkən düşmən ox atəşləri nəticəsində öldürülüb.
Prof.Dr. Zaur Aliyev