Bu həm də İran rejiminin mahiyyətinin dəyişmədiyinin təsdiqidir.

22-05-2024, 13:04           
Bu həm də İran rejiminin mahiyyətinin dəyişmədiyinin təsdiqidir.
Səlcuq Bayraqdar Rəisinin qəzaya düşən helikopterinin qalıqlarının “Akıncı” vasitəsilə necə tapdıqlarından danışıb. Hətta bu prosesdə Azərbaycanın da dəstək verdiyini, işin koordinasiya olumuş şəkildə aparıldığını bildirib.
İran tərəfi isə qəza yerinin “Akıncı” tərəfindən tapıldığını təkzib edir. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kollivand helikopterin tapılmasında xaricdən dəstək verildiyi xəbərlərini şaiyə adlandırıb, axtarış prosesinin tamamilə yerli qruplar tərəfindən həyata keçirildiyini deyib. Halbuki, “Akıncı” xəbərini də ilk İran mediası yaymışdı.
Rəisinin istifadə etdiyi helikopter, qəzanın yerini tapmaqla bağlı əlacsız qalmaları əslində İranın nümayiş etdirdiyi gücün reallıqla adekvat olmadığını ortaya çıxardı. “Akıncı”nı təkzib etmələri də bu gücsüzlüyün ört-basdır edilməsindən qaynaqlanır. Bu həm də İran rejiminin mahiyyətinin dəyişmədiyinin təsdiqidir.
Asif Nerimanli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.