Bakıda tanınmış yazıçının meyiti tapıldı

5-02-2025, 10:31           
Bakıda tanınmış yazıçının meyiti tapıldı
Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.

TEREF "Qafqazinfo"a istinadla xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.

Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.

Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980-1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru