Kofein yağ yandırmasını artırırmı?

5-02-2025, 12:58           
Kofein yağ yandırmasını artırırmı?
Kofein metabolizmi sürətləndirir və termogenezi (bədənin istilik hasil etmə prosesi) gücləndirir. Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, kofein qısa müddətli olaraq enerji sərfiyyatını 3-11% artırır və yağ oksidləşməsini sürətləndirir. Həmçinin, kofein adrenalin səviyyəsini yüksəldir, bu da yağ hüceyrələrinin parçalanmasına və enerji mənbəyi kimi istifadə olunmasına kömək edir.Xüsusilə idmanla məşğul olan insanlar üçün kofein fiziki performansı artırır, bu da dolayısı ilə daha çox kalori yandırmağa şərait yaradır. Ancaq təsiri fərdi faktorlardan (məsələn, kofeinə qarşı dözümlülük, genetik xüsusiyyətlər) asılıdır. Uzun müddət çoxlu kofein qəbul etmək bədənin ona adaptasiya olmasına səbəb olar və təsiri zəifləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru