Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ prezidentinin köməkçisi vəzifəsinə yüksələcək.
Yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək.
2021-ci ilin yanvar ayından Pentaqonun mətbuat katibi vəzifəsində çalışan Kirbi 2022-ci ilin mayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru təyin edilib. O, 2015-2017-ci illərdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Mənbə: yenisabah.az