ABŞ ifrat sağçı onlayn şəbəkəyə sanksiyalar tətbiq edib
Dünən, 15:38
ABŞ ifrat sağçı onlayn şəbəkəyə qarşı sanksiyalar tətbiq edərək, "Terrorgram" kollektivini terror qruplaşması adlandırıb və onu ağdərililərin üstünlüyünü təbliğ etməkdə ittiham edib.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, əsasən Telegram sosial media saytında fəaliyyət göstərən qrupu və onun üç liderini Xüsusi Təyin olunmuş Qlobal Terrorçular kimi təyin edib. Dövlət Departamenti qrupun 2022-ci ildə Slovakiyada LGBTQ barı qarşısında atışma, 2024-cü ildə Nyu-Cersi ştatında enerji obyektlərinə planlaşdırılan hücum və Türkiyədə məscidə avqust ayında bıçaqlı hücum da daxil olmaqla, istifadəçilərin hücumlarını və hücum cəhdlərini motivasiya və onlara kömək etdiyini bildirib.
"Qrup zorakı şəkildə ağdərililərin üstünlüyünü təbliğ edir, qəbul edilən düşmənlərə hücum tələb edir və kritik infrastruktur və hökumət rəsmiləri də daxil olmaqla, hücumlar üçün taktika, üsullar və hədəflər haqqında təlimat materialları təqdim edir" - deyə, Dövlət Departamenti bildirib.
Bu ğlçü qrupun ABŞ-dakı aktivlərini dondurur və amerikalıların onunla əlaqasini qadağan edir.
Açıqlamaya görə, bazar ertəsi sanksiyalarla hədəflənənlər Braziliya, Xorvatiya və Cənubi Afrikada yerləşir.
Sentyabr ayında ABŞ prokurorları qrupun iki iddia edilən liderinə qarşı cinayət ittihamı irəli sürərək, onların Telegram-dan qaradərililərə, yəhudilərə, LGBTQ insanlarına və immiqrantlara qarşı irq müharibəsini qızışdırmaq məqsədilə hücumlar təşkil etmək üçün istifadə etdiklərini bəyan edib.
Britaniya aprel ayında Terrorgram kollektivini terror təşkilatı kimi qadağan edəcəyini bildirmişdi, yəni bu qrupa mənsub olmaq və ya onu təbliğ etmək ölkədə cinayət sayılacaq.
ABŞ prezidenti Co Bayden vəzifədə olarkən ağdərililərin üstünlüyünə qarşı çıxış edib. 2021-ci ildə Bayden ABŞ-ın Daxili Terrorizmlə Mübarizə üzrə ilk Milli Strategiyasını işə salıb.