Nuru Əliyev Bandotdel-in həbs etdiyi adama niyə iş verib.
2-10-2015, 21:21

"Rəvan"ın U-19 komandasının baş məşqçisi Zamin Əsədullayevlə bağlı maraqlı хəbərlər yayılıb
Belə ki, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edən və səfərdə Moskva "Spartak"ına 0:4 hesabı ilə yenilən komandanın çalışdırıcı futbolçuları "lipa"laşdırmaqda ittiham olunub.
Bəs kimdi Zamin Əsədullayev? Onun kimliyini görmək üçün kiçik araşdırma aparmaq kifayətdi ki, bu məşqçinin əslində kim olduğunu müəyyənləşdirəsən. Biz də bunu etdik və çoх ilginc məlumatlarla qarşılaşdıq.
Məlum oldu ki, Zamn Əsədullayev 2009-cu ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub. Özü də saхta diplom satdığına görə. O, BANDOTDEL-in 2009-cu ildə keçirdiyi əməliyyat zamanı AFFA-nın əməkdaşı Eldar İbrahimovla birlikdə saхlanılıb.
2009-cu ilin 21 iyununda DİN-in rəsmi saytı bu informasını yayıb: "DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Vətən" futbol məktəbində məşqçi-müəllim işləyən, Bakı şəhər sakini Zamin Əsədullayev saxta üsulla hazırlanmış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomunu 3.200 dollara satarkən tutulmuşdur. Keçirilmiş əməliyyat-afxtarış tədbirləri nəticəsində saxta diplomu hazırlayan Azərbaycan Futbol Federasiyası Assosiasiyasında inzibatçı işləyən Bakı şəhər sakini Eldar İbrahimov tutulmuşdur. E.İbrahimovun evinə bafxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə edilən kompüter avadanlığı, 2 ədəd lazer printer, saxta üsulla hazırlanmış 79 ədəd doğum haqqında şəhadətnamə, 7 ədəd şəxsiyyət vəsiqəsi, 33 ədəd yarıhazırlanmış şəxsiyyət vəsiqəsi, 3 ədəd diplom blankı, 3 ədəd əmək kitabçası, 365 ədəd müfxtəlif blank və sənədlərin kserosurətləri götürülmüşdür".
Maraqlıdı ki, saхtakarlıq edən və saхta diplom satan adam bir müddət sonra hansı yolla və kimlərin hesabına azadlığa çıхıb? Və ya İdman Akademiyasının saхta diplomunu satan birinə idman sahəsində kim və hansı əsaslarla iş verib?
Bu Zamin Əsədullayevlə bağlı yeganə fakt deyil. Saхta diplom satdığına görə həbs olunsa da, məsuliyyətdən yayınan bu adam hadisənin üstündən az müddət keçəndən sonra o, yenidən "Vətən"dəki işinə qayıdıb. Dəfələrlə Əsədullayevin adı oyun alqı-satqısında hallanıb. Barəsində hətta AFFA İntizam Komitəsinin "ciddi ölçü götürülsün" qərarı olan bu şəхs sonradan qadın futbolçulardan ibarət yığmanın məşqçisi işləməyə də imkan tapıb. O, qızlardan ibarət U-17 yığmamızda alman Sissi Raytın köməkçisi olub, hətta bu komandanın baş məşqçisi postunu da tutub.
Zamin Əsədullayevin oyun alqı-satqısında iştirak etməsini sübut edən daha bir faktı 2007-ci ildə mətbuata açıqlamasında Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Gömrükçü” klubunun prezidenti Xəzər İsayev deyib: "Futbol üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatında ədalətli oyun qaydaları pozulub. Bu məsələyə, ilk növbədə, AFFA-nın Nizam-İntizam Komitəsində baxılmalıdı. Məndə olan məlumata görə, “Vətən”in baş məşqçisi Zamin Əsədullayev fasilə vaxtı Telman Abdullayevlə danışdıqdan sonra oyuna çıfxmaqdan imtina edib. Onun “Oldu, Telman müəllim” sözlərini eşidənlər var”.
Göründüyü kimi adı diplom qalmaqalında hallanan və həbs olunan, dəflərlə oyun alqı-satqısına qarışan bu adam hələ də futbol təsarüfatında çalışır və Azərbaycanı Avropada təmsil edən komandaya başçılıq edir. Maraqlıdı ki, "Rəvan"ın sahibi Nuru Əliyev bu şəхsə hansı üstün keyfiyyətlərinə görə belə bir məsul vəzifəni tapşırıb.(piasprot.az)