Pavel Durov vəsiyyətini açıqladı

19-06-2025, 16:24           
Pavel Durov vəsiyyətini açıqladı
"Telegram" messencerinin təsisçisi Pavel Durov işi ilə bağlı risklərlə əlaqədar bu yaxınlarda vəsiyyət tərtib etdiyinibildirib.

Bu barədə o, "Le Point" nəşrinə müsahibəsində deyib.

İş adamının sözlərinə görə, onun "yoxa çıxması" halında messencerin idarəçiliyini qeyri-kommersiya fondu öz üzərinə götürəcək.

Durov bildirib ki, vəsiyyətə əsasən, uşaqları "bu gündən başlayaraq 30 illik müddət bitənə qədər" sərvətinə çıxış əldə etməyəcəklər. Sahibkar vurğulayıb ki, onun üç qadından altı rəsmi övladı var, sperma donorluğu sayəsində 12 ölkədə 100-dən çox övladıdünyaya gəlib.

Durov əlavə edib ki, o, "Telegram"ın yeganə səhmdarı olaraq qalır və şirkətin 100%-nə sahibdir.

"Forbes" jurnalı onun sərvətini 17.1 milyard dollar məbləğində qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru