Azərbaycanlı həkim ölkədən niyə getdi? - ABŞ və Azərbaycan səhiyyəsinin fərqi - VİDEO

20-06-2025, 08:14           
Azərbaycanlı həkim ölkədən niyə getdi? -
Bakıdan getməyə məcbur oldum...

Bakupost TV-də yayımlanan “Saturasiya” verilişinin qonağı ABŞ-nin Texas ştatında fəaliyyət göstərən tanınmış azərbaycanlı LOR və baş-boyun cərrahı, akademik Dr. Yusif Hacıyev olub

Veriliş zamanı Dr. Hacıyev Azərbaycandan köçmək səbəbləri, ABŞ-də həkim və pasiyent hüquqları, səhiyyənin təşkili, Azərbaycanla fərqlər, müəllim kimi fəaliyyəti, gələcək planları və Azərbaycan səhiyyəsində dəyişikliklərin zəruriliyi barədə danışıb. O bildirib ki, ABŞ-də sağlamlıq sistemində şəffaflıq, hüquq və etik prinsiplərə hörmət üstünlük təşkil edir, bu da həkim-pasiyent münasibətlərində etimadı gücləndirir.
“Amerikada səhiyyəyə də, işə də çox dəyər verirlər. Orada işini itirsən tibbi sığortanı itirirsən. İş müqəddəs olduğu üçün peşələrdə çox professionallaşma gedir, xüsusən səhiyyə sahəsində...

Əgər istəyirsənsə, yaxşı səhiyyən, tibbi xidmətin olsun, yaxşı işin və sığortan olmalıdır.

Amerika səhiyyə sistemində çox israf var. Bir dəqiqənin içində 10 min, 100 min dollarlıq tibbi ləvazimat, dərman bir gün vaxtı keçibsə, atılır. Ona görə çox yüksək, innovativ, keyfiyyətli tibbi xidmət göstərilir”.

Verilişdə həmçinin həkimin elmi və pedaqoji fəaliyyəti, Azərbaycan səhiyyəsində görülməsi vacib olan islahatlara dair fikirləri də geniş müzakirə olunub.

Qeyd edək ki, verilişi uzman doktor Turanə Rəsulova aparır.
TEREF həmin müsahibəni təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru