MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi

20-06-2025, 07:22           
MTN generallarının əmlakı satıldı –
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satışa çıxarılaraq realizə edilib.
TEREF “Gününsəsi.info” saytına istinadla xəbər verir ki, əmlakın satışından əldə olunan vəsait onun əleyhinə şikayət etmiş bir qrup zərərçəkənə ödənilib.

Zərərçəkənlərdən biri də bir neçə il əvvəl yaşadığı vaqonda vəfat edən keçmiş milyonçu Rəhman Məliklidir. Mövlam Şıxəliyev ona külli miqdarda borclu olsa da, ölümündən əvvəl Rəhman Məlikliyə 550 min manat ödənildiyi bildirilir.

Həmçinin məlumata görə, əmlak satışından əldə olunan vəsaitin bir hissəsi əslən Naxçıvandan olan iş adamı Hüseyn Səfərova da ödənilib. Mövlam Şıxəliyevə qarşı 2 milyon manatlıq iddiası olan Səfərov 250 min manat ala bilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru