İsraildə vurulan xəstəxananın altında hərbi baza olub? – VİDEO

20-06-2025, 00:12           
İsraildə vurulan xəstəxananın altında hərbi baza olub? – VİDEO
İsrailin Beer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasının İran raketləri ilə vurulması xəbəri gündəmdə qalmaqda davam edir.

Tribunainfo.az xəbər verir ki, İran mediası hücumun səbəbinə dair ciddi iddia irəli sürüb.

Bildirilir ki, xəstəxananın yeraltı hissəsində hərbi baza yerləşir. Kompüter qrafikası ilə hazırlanmış görüntülərdə tibbi müəssisənin altında döyüş tankları və hərbi texnika təsvir olunub.

İsrail Müdafiə Ordusunun (IDF) açıqlamasına əsasən, bu səhər İran tərəfindən ölkəyə təxminən 20 raket atılıb. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilsə də, hücum nəticəsində 65 nəfər xəsarət alıb./Sfera.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru