Amerika-İsrail cütlüyü İŞİD-i indi də Liviyaya transfer edir - Bir müsəlman ölkəsi qalmayacaq...
5-02-2016, 12:19
İslam Dövləti (İŞİD) silahlı qruplaşması İraq və Suriyada zəifləyir, Liviyada güclənir. ABŞ kəşfiyyatının yeni məlumatında belə deyilir. Ağ Ev məlumatı fevralın 4-də yayıb.
Bildirilir ki, Suriya və İraqda İŞİD döyüşçülərinin sayı 25 minə düşüb. Əvvəllər bu rəqəm 31 min idi. Təxminən 20 faizlik azalma döyüş itkiləri və fərarilik halları ilə bağlıdır. Üstəlik, ABŞ yaraqlılara hava zərbələri endirir, kürd qüvvələr isə quruda əməliyyat aparırlar.
Ağ Evin sözçüsü Josh Earnest “İŞİD-in böyük itki verdiyini” bildirib.
Rusiya da Suriyada İŞİD-ə zərbələr endirdiyini bildirir, ancaq məlumatda bundan söz açılmır.
Amma digər tərəfdən Şimali Afrikadan gələnlərin çoxu indi İŞİD-ə qoşulmaqdan ötrü Suriyaya deyil, Liviyaya gedir.