Milli Məclisdə özünüməşğulluq proqramı müzakirə edildi: “Xəstə heyvanları insanlara verirlər”

Bu gün, 00:03           
Milli Məclisdə özünüməşğulluq proqramı müzakirə edildi:
"Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var".
Bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Xəstə heyvanları insanlara verirlər. Həmin heyvan qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Məşğulluğa cəlb edilən şəxsin də bir dəfə almaq şansı var, bunu da itirir. Bir mobil telefonu alanda ona 1 illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün 2 inək vermisənsə, bunu bir illik sığortalamaq lazımdır. Heç olmasa 3 aylıq qidası verilməlidir. Çünki həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır", - deyə deputat bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.