Rusiya ilə RAZILAŞDILAR - Üç savaş mərkəzi yaradılır

7-03-2021, 11:13           
Rusiya ilə RAZILAŞDILAR -
Rusiya və Belarus üç müharibə mərkəzi qurmaqla bağlı razılaşıb.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu və Belarusun Müdafiə naziri Viktor Xrenin Moskvada bir araya gələrək sözügedən razılaşmanı imzalayıblar.

Razılaşma ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Belarusda bir, Rusiyada isə iki müharibə mərkəzi yaradılacaq.

Qərb ölkələrini özləri üçün təhlükə olaraq qəbul edən Belarus və Rusiya razılaşma ilə quracaqları mərkəzlərdən birini Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində yaradacaqlar.

Digər iki savaş tədris mərkəzi Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Polşa sərhədindəki Rusiyanın Kalininqrad bölgəsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.