Bərdənin mərkəzi parkında antisanitariya: Üfunət iyi gəlir (FOTO/VİDEO)

Bu gün, 00:08           
Bərdənin mərkəzi parkında antisanitariya:
Bərdə şəhərinin mərkəzi parkında antisanitariya hökm sürür.

TEREF xəbər verir ki, bu barədə Qaynarinfo-ya rayondan daxil olan məlumatda bildirilir.

Həmin parkın ərazisində olan gölə müxtəlif tullantıların atılması, parkın baxımsız vəziyyətdə saxlanılması sakinlərin orada istirahətini müşkülə çevirib.

“Suya o qədər tullantı atılıb ki, üfunət iyi gəlir. Parkda oturmaq sadəcə mümkün deyil”, deyə məlumatda bildirilir.

Maraqlıdır ki, park şəhərin mərkəzində, icra hakimiyyətinin binasına yaxın ərazidə yerləşir. Lakin buna baxmayaraq, heç bir tədbir görülmür.

Həmin parkdan çəkilmiş foto və video görüntüləri təqdim edirik.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru